Gəncədə 23 yaşlı oğlan bıçaqlanıb » Memur.az

Gəncədə 23 yaşlı oğlan bıçaqlanıb

Gəncədə 23 yaşlı oğlan bıçaqlanıbGəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb.

1999-cu il təvəllüdlü Məmmədov Rəvan qarın boşluğunun və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.