Tarix : 13-07-2021, 15:08 | Bölmə: banner, Sosial, cemiyyet, medeniyyet

TAPDIQ ABIŞ OĞLU ƏLİBƏYLİ - 60




Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Azərbaycan Ağsaqqallar Şurasının üzvü, şair-publisist Tapdıq Əlibəyli!
60 illik yubileyiniz münasibətilə Nizami rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri adından və öz adımdan səmimi təbriklərimizi qəbul edin. Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, əmin-amanlıq, ailə səadəti, uzun ömür, sağlam həyat, işıqlı düşüncə və yaradıcılıq yolunda uğurlar arzulayırıq.
Sizin şeirləriniz, publisistik yazılarınız dolğun, mükəmməl olmaqla ictimai əhəmiyyət daşıyır.Siz öz yaradıçılığınız ilə insanın həyat marağını artırır və insani dəyərləri təlqin edirsiniz. Milli və bəşəri dəyərləri təbliğ edir, oxucunu bu yöndə düşünməyə sövq edirsiniz.
Sizin ədəbi təfəkkür fəaliyyətiniz mənəvi dəyərlər müstəvisində bir ziyalı qayəsi, kredosu olaraq haqq, ədalətlə həmahəng səslənir, desək yanılmarıq.
Tapdıq Əlibəylinin bədii sözü vətənə, torpağa, anaya sevgidən yoğrulub və bu ülvi məziyyətləri öz oxucusuna ustalıqla aşılaya bilir.
Hörmətli Tapdıq Əlibəyli!
Siz ictimai həyatda səmərəli fəaliyyətiniz, gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinizə görə və 60 illik yubileyiniz münasibətilə sədri olduğum Nizami rayon Veteranları Təşkilatının "Fəxri Diplom"u ilə təltif edilmisiniz.
Bir daha 60 illiyinizi təbrik edirik!

Hörmətlə,
YƏHYA AĞAYEV,
Ədliyyə Nazirliyinin Silahlı Qüvvələr veteranı, müharibə və əmək veteranı, Nizami rayon Veteranları Təşkilatının sədri, ehtiyatda olan mayor.


TAPDIQ ABIŞ OĞLU ƏLİBƏYLİ - 60
TAPDIQ ABIŞ OĞLU ƏLİBƏYLİ - 60

Oxşar xəbərlər