Tarix : 29-05-2021, 12:14 | Bölmə: banner, Sosial, cemiyyet



Nəsimi rayonunda şəhid adına hörmətsizlik


Şəhid kapitan Hüseynzadə Həmidağa daimi qeydiyyatda Yasamal rayonunda olsa da, o ömrünün əvvəldən axıra qədər Nəsimi rayonu Asif Məhərrəmov küçəsindəki 28 saylı binada yaşayıb, 54 saylı orta məktəbdə oxuyub.
Nəsimi rayonunda şəhid adına hörmətsizlik
Ali Hərbi məktəbə də buradan daxil olub. O, Xüsusi Təyinatlı Qoşunların (XTQ) tərkibində Kəlbəcər uğrunda gedən döyüşlərdə 27 oktyabr tarixində qəhrəmancasına vuruşaraq şəhid olub.
Şəhid Hüseynzadə Həmidağa «Qarabağ» ordeni, «Vətən uğrunda», Kəlbəcər uğrunda» medalları ilə təltif olunub.
Yasamal rayonu İcra Hakimiyyəti şəhidin ailəsinə daimi qayğı göstərir, onun yaşadığı bloka səliqəli xatirə lövhəsi hazırlayıb vurublar. Nəsimi rayonu isə küçənin girişində şəhid adına yaraşmayan bir lövhə vurublar. Aparılan təmir işləri isə keyfiyyətsiz və pinti aparılıb. Bu azmış kimi Ali Bş Komandan cənab İlham Əliyevin «Vətən müharibəsi» dediyi müharibənin adını belə vurulmuş lövhədə yanlış olaraq «Böyük Vətən müharibəsi» kimi qeyd ediblər. (?!!)
Nəsimi rayonunda şəhid adına hörmətsizlik
Baxın bu lövhəyə və nəticə çıxardın. Hər kəs öz əməlinə uyğun işlər görür. İstənilən məmurun şəhid və veteranlara münasibəti onun kimliyi və bağlı olduğu kolonun sifarişi kimi qəbul etmək lazımdır.
Bu məmləkət şəhidlərin və qazilərin qanı bahasına var olduğunu kimsə unutmamalıdır! Ölkə rəhbəri bunu dəfələrlə məmurlara xatırladıb…

Elmar Hüseynov
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, ehtiyyatda olan polkovnik

Oxşar xəbərlər