Əli Əsədov və Fuad Oktay telefonla danışıblar » Memur.az

Əli Əsədov və Fuad Oktay telefonla danışıblar

Əli Əsədov və Fuad Oktay telefonla danışıblarAzərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Fuad Oktayla telefonla danışıb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı Azərbaycan-Türkiyə hökumətlərarası komissiyanın fəaliyyətinə dair məsələlər, iqtisadi əlaqələrin indiki vəziyyəti və gələcək planlar haqda fikir mübadiləsi aparılıb.