Ukraynanın Azərbaycandakı səfiri hindistanlı həmkarı ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib » Memur.az

Ukraynanın Azərbaycandakı səfiri hindistanlı həmkarı ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

Ukraynanın Azərbaycandakı səfiri hindistanlı həmkarı ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edibUkraynanın Azərbaycandakı səfiri Yuri Husyev hindistanlı həmkarı Sridharan Madhusudhananla ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri sosial şəbəkədə yazıb.

“Hindistanın Azərbaycandakı səfiri Zati-aliləri cənab Madhusudhanan Sridharanla işgüzar görüşüm olub. İkitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardıq”, – diplomat qeyd edib.

Xatırladaq ki, daha əvvəl ukraynalı səfir mərakeşli həmkarı ilə görüşərək iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etmişdi.