Tarix : 14-12-2021, 09:33 | Bölmə: texnologiya

Smartfonun gecə ərzində şarja qoymaq barədə mifə aydınlıq gətirildiSmartfonun gecə ərzində şarjı cihazın batareyasına zərər vermir.

Bu barədə Rusiyanın “Itel” şirkətinin marketinq meneceri Svetlana Mureyeva məlumat verib.

“Müasir smartfonlar cərəyanın tədarükünü tənzimləyən şarj tənzimləyicisi mikrosxemlərlə təchiz olunub”, - deyə o, bildirib.

Mütəxəssisin sözlərinə görə, bu baxımdan qadcetin akkumulyatorunun aşınması istisna edilir.

Bununla belə, Mureyeva gecə ərzində şarjın nəzəri cəhətdən təhlükəli ola biləcəyini vurğulayıb.

“Xüsusilə aşağı keyfiyyətli şarj cihazı istifadə edilərsə, qısaqapanma mümkündür”, - deyə ekspert xəbərdarlıq edib.

Onun fikrincə, buna görə də orijinal şarj cihazlarından istifadə etmək və ya telefonu gecə ərzində şarj etməyə qoymamaq daha yaxşıdır.

“Şarj cihazlarının gözləmə rejimində enerji istehlakı minimal olsa da, mövcuddur”, - Mureyeva sözlərini yekunlaşdırıb.

Oxşar xəbərlər