İsrail düşmənin bütün silah sistemlərini sıradan çıxaran texnikasını təqdim edib » Memur.az

İsrail düşmənin bütün silah sistemlərini sıradan çıxaran texnikasını təqdim edib

İsrail düşmənin bütün silah sistemlərini sıradan çıxaran texnikasını təqdim edibİsrail düşmən ordusunun bütün silah sistemlərini təsirsiz hala gətirəcək yeni elektron döyüş sistemini təqdim edib.

“Scorpius” adlı sistem “Israel Aerospace Industries” tərəfindən hazırlanıb və “elektron müharibədə inqilab” kimi xarakterizə edilib.

“Raket buraxmayan bir hücum silahı düşünün. Bu öldürmək üçün sistem deyil, amma yenə də düşmən sistemlərinə müdaxilə və sıradan çıxarma baxımından çox təsirlidir”, - deyə şirkət rəsmisi Gideon Fustik bildirib.

Mənbə: Haber Global