“Facebook” bir milyarddan çox insanın məlumatlarını siləcək » Memur.az

“Facebook” bir milyarddan çox insanın məlumatlarını siləcək

“Facebook” bir milyarddan çox insanın məlumatlarını siləcək“Facebook” üztanıma sistemindən imtina edəcək.

Bu barədə “Meta” (keçmiş “Facebook”) şirkəti rəhbərinin süni intellekt məsələləri üzrə müavini Jerom Pesenti məlumat verib.

O, artıq üztanıma funksiyasından istifadə edənlərin foto və videolarda avtomatik olaraq tanınmayacağını bildirib.

Pesentinin sözlərinə görə, bir milyarddan çox insanın müvafiq məlumatları silinəcək. Lakin buna baxmayaraq, üztanıma texnologiyasının təkmiləşdirilməsi üzərində aparılan işlər davam etdiriləcək.

Mənbə: “Haber Global”