Türkiyədə dünyanın ilk biodizellə çalışan generatoru hazırlanıb » Memur.az

Türkiyədə dünyanın ilk biodizellə çalışan generatoru hazırlanıb

Türkiyədə dünyanın ilk biodizellə çalışan generatoru hazırlanıbTürkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Arken Generator” şirkətinin mühüm bir yeniliyə imza atdığını bəyan edib.

“Anadolu Agentliyi” məlumat verir ki, nazirin sözlərinə görə, şirkətin mütəxəssisləri dünyada ilk dəfə tam olaraq biodizellə çalışan elektrik generatoru hazırlayıblar.

“Arken Generator” bizə bir müjdə verdi. Şirkətin əməkdaşları dünyanın ilk tam olaraq biodizellə çalışan generatorunun prototipini hazırlayıblar və bu məhsulu ətraf mühütin mühafizəsinə qarşı həssas olan qurumlara satmağı planlaşdırırlar”, - deyə nazir bildirib.

“Arken Generator” şirkətinin İstanbuldakı istehsal müəssisəsini ziyarət edən M.Varank qurumun əməkdaşları tərəfindən sosial media vasitəsilə zavoda dəvət olunduğunu açıqlayıb. O qeyd edib ki, yaxın keçmişdə İstanbul Texniki Üniversitetinin üç məzunu tərəfindən qurulan bu şirkətdə hazırda 300 nəfər çalışır. 72 ölkəyə məhsul satan müəssisə öz gəlirinin 50%-ni ixracat hesabına təmin edir.