Bu aviaşirkət Avropaya uçuşları dayandırdı » Memur.az

Bu aviaşirkət Avropaya uçuşları dayandırdı

Bu aviaşirkət Avropaya uçuşları dayandırdı“Ural Hava Yolları” şirkəti bir sıra Avropa ölkələrinə və Yaponiyaya uçuşları dayandırıb.

“RİA Novosti”nin aviaşirkətin mətbuat xidmətinə əsasən yaydığı xəbərə görə, şirkət uçuşları koronovirus epidemiyası səbəbindən təxirə salıb.

Buna, eyni zamanda, ÇXR və Rusiya Federal Turizm Agentliyinin səlahiyyətliləri tərəfindən çinli və rusiyalı turistlərin səfərlərinə məhdudiyyət qoyulması da səbəb olub.

Bildirilir ki, bu qərar Çindən çox sayda mütəşəkkil turist qrupunun yerləşdiyi Yekaterinburqdan Münhenə, Parisə, Romaya, Vladivostokdan Saporroya uçan reyslərə təsir göstərəcək.

Şirkət Avropaya bilet alan sərnişinlərdən alternativ reyslərdən istifadə etmələrini və ya gecikmədən və cərimə edilmədən bilet pullarının qaytarılmasını təklif edib.