Türkiyədə 2027-ci ilə kimi altı sualtı qayıq istifadəyə veriləcək » Memur.az

Türkiyədə 2027-ci ilə kimi altı sualtı qayıq istifadəyə veriləcək

Türkiyədə 2027-ci ilə kimi altı sualtı qayıq istifadəyə veriləcəkTürkiyə 2027-ci ilə qədər altı sualtı qayıq istifadəyə verməyi planlaşdırır.

“RİA Novosti” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Gölcükdəki gəmiqayırma zavodunda “Piri Reis” sualtı qayığının dənizə buraxılması mərasimində çıxış edən Ərdoğan 2022-ci ildən Türkiyə Hərbi Dəniz Qüvvələrinə hər il bir sualtı qayıq təhvil veriləcəyini və ümumilikdə 6 sualtı qayıq tikiləcəyini bildirib. Bu gün istifadəyə verilən “Piri Reis” sualtı qayığının kütləsi 1850 ton, uzunluğu 68,3 metr, eni 6,3 metrdir. Qayığın komanda heyəti 40 nəfərdir.

Hazırda istehsal mərhələsində olan “Hızır Reis” qayığı isə 2022-ci ildə suya buraxılacaq.

Tikintisi davam edən üçüncü və dördüncü sualtı qayıq yüksək manevr qabiliyyətinə və uzun müddət su altında qalmaq imkanlarına malik olacaq.