Astronomlar kosmosdan gələn sirli işıq siqnalı aşkar ediblər » Memur.az

Astronomlar kosmosdan gələn sirli işıq siqnalı aşkar ediblər

Astronomlar kosmosdan gələn sirli işıq siqnalı aşkar ediblərRusiyalı astronomlar qalaktikada Yer kürəsindən 14,8 milyon işıq ili uzaqlıqda yerləşən göy cisimlərindən gələn rentgen şüalanmasının ən parlaq ünvanını aşkar ediblər.

Məlumat Phys.org saytında dərc olunub.

Alimlər “Habbl” kosmik teleskopu və “Chandra” rentgen rəsədxanasının köməkliyi ilə “UGC 6456 ULX” arxiv şəkillərini təhlil ediblər. Mənbə parlaqlığın pik göstəricini - saniyədə 17X10 39-cu dərəcədə olmaqla, 0,3-8 kiloelektrovolt diapazonunda iki ədəddən çox artırıb. Cismin mütləq böyüklüyü - 7,6-dan çoxdur və bu hal-hazırda optik diapazonda ən parlaq “ULX”-dən biridir.

“ULX” (Ultra Aydınlıq Qaynaqları) - bütün dalğa uzunluqları boyu milyon günəşdən daha parlaq olan rentgen şüalarının mənbəyidir. Onlar aktiv qalaktika nüvələrinə nisbətən daha az parlaqdırlar, lakin astronomiyaya məlum olan ulduz prosesindən daha sabitdirlər.