“Audi Q7 ” qəza nəticəsində iki yerə bölündü » Memur.az

“Audi Q7 ” qəza nəticəsində iki yerə bölündü

“Audi Q7 ” qəza nəticəsində iki yerə bölündüSosial şəbəkələrdə ötən cümə günü Moskvada baş vermiş dəhşətli qəzanın görüntüləri yayılıb.

“Audi Q7 ” markalı avtomobil elektrik dirəyinə dəyərək, iki yerə parçalanıb. Qəza baş verərkən avtomobil saatda 200 kilometr sürətlə hərəkət edirmiş. Şəkillərdən aydın göründüyü kimi, lüks minik maşını sürətlə yol kənarındakı dirəyə dəyərək iki yerə bölünüb. Oturacaqlardan biri qoparaq yola düşüb.

Ən maraqlısı budur ki, avtomobilin salonunda qan izi yoxdur. Hadisə şahidlərinin dediyinə görə, sürücü və yanındakı sərnişin bu qəzadan sağ-salamat qurtarıb və hadisə yerindən qaçaraq gizləniblər.

Hazırda polis araşdırma aparır.“Audi Q7 ” qəza nəticəsində iki yerə bölündü
“Audi Q7 ” qəza nəticəsində iki yerə bölündü