CNN-nin rəhbəri Facebook və Google-nin qüdrətindən narahatdır » Memur.az

CNN-nin rəhbəri Facebook və Google-nin qüdrətindən narahatdır

CNN-nin rəhbəri Facebook və Google-nin qüdrətindən narahatdırABŞ-ın CNN telekanalının rəhbəri Ceff Tsuker hökuməti Facebook və Google-yə diqqət ayırmağa çağırıb, çünki bu gün xəbər kontenti tədarükçüləri üçün müasir rəqəmsal imkanlara uyğunlaşmaq getdikcə çətinləşir.

Bu barədə Oxu.Az Variety-ə istinadən xəbər verir.

“Mənə elə gəlir ki, rəqəmsal kontentin monetizasiyası üzrə yeni üsullar tapmaq üçün reklam və texnologiyalar dünyasında köməyə ehtiyacımız var, əks halda yaxşı jurnalistika itəcək”, - deyə, Tsuker bildirib.

Onun sözlərinə görə, tənzimləyicilər xüsusilə də Facebook və Google kimi monopolist-nəhənglərə diqqət ayırmalıdırlar.

Memur.az