Bakı metrosu üçün çəhrayı vaqonlar » Memur.az

Bakı metrosu üçün çəhrayı vaqonlar

Bakı metrosu üçün çəhrayı vaqonlar

“Transmaşholdinq” QSC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC Bakı Metropolitetinə 81−760B/761B/763B tipli vaqonlardan ibarət yeni tipli elektrik qatarlarının tədarükünə başlayıb. Lent.az-ın oxu.az-a istinadən məlumatına görə, ilk iki qatar martın sonlarında Azərbaycana göndərilib, daha bir qatarın apreldə tədarük edilməsi gözlənilir.

Yeni qatarlar Bakı Metropolitetinin üçüncü xətti üçün nəzərdə tutulub.

Müqaviləyə əsasən, Bakı hərəsi 5 vaqondan ibarət 3 qatar alacaq. Hər qatarın 2 ədəd 81-760B modelli mühərrikli baş vaqonu, 2 ədəd 81-761B modelli aralıq vaqonu və 1 ədəd mühərriksiz 81-763B modelli aralıq vaqonu mövcuddur. Sifarişçinin tələbinə əsasən, vaqonlarda birbaşa keçid nəzərdə tutulub, lakin onlar 81−760А/761А/763А tipli vaqonlardan ön hissəsinin görünüşü, salonun interyeri və digər rəngdə olması ilə fərqlənir.