Tarix : 22-03-2016, 12:23 | Bölmə: texnologiya

ABŞ səfirliyindən maraqlı Novruz təbrikiSəfir tonqaldan tullanıb.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyin əməkdaşları Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Memur.Az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və ABŞ səfirliyinin işçiləri tonqal qalayaraq üzərindən tullanıblar.

Daha sonra onlar Novruz bayramı münasibətilə öz təbriklərini Azərbaycan dilində söyləyiblər.

ABŞ səfirliyinin Facebook səhifəsində yayımladığı video-da səfir Robert Sekuta da bayram münasibəti ilə Azərbaycan xalqını təbrik edib:

“Əzizinəm yaz gəlsin, yaz gəlsin, bahar gəlsin. Bu Novruz bayramında qəm getsin, sevinc gəlsin. Amerika Birləşmiş Ştatları və Amerika xalqı adından bütün azərbaycanlıların Novruz bayramını təbrik edirik”.

Oxşar xəbərlər