Yaxın 5 ildə ən çox tələbat olan İT peşələri » Memur.az

Yaxın 5 ildə ən çox tələbat olan İT peşələri

Yaxın 5 ildə ən çox tələbat olan İT peşələriİnformasiya texnologiyaları (İT) ən çox tələbat olan və sürətlə inkişaf edən fəaliyyət sahəsidir. İndi bu sahədə mütəxəssislərə tələbat çox yüksəkdir və bu, hələ son hədd deyil.

Memur.Az ICTnews-a istinadən bildirir ki, yaxın 5 ildə İT sahəsində ən perspektiv və tələbat olan peşələr bunlardır.

1. Mobil tərtibatçı

Mobil tərtibatçı peşəsi əvvəlki kimi bu siyahıda liderdir. Ekspertlər hesab edir ki, mobil proqram təminatının hazırlanması ilə məşğul olan insanlar həmişə özlərinə iş yeri tapacaq və yüksək əməkhaqqı alacaqlar. "U.S News and World Report"un araşdırmasına əsasən, bu peşə üzrə ildə 27% artım qeydə alınacaq və 2020-ci ildə iş yerlərinin sayı artacaq, təxminən 143 milyon təşkil edəcək.

2. UX dizayner

Yaxın 5 ildə ən çox tələbat olan peşələrdən biri də UX dizayner olacaq. İnformasiya istifadəçi üçün aydın və anlaşıqlı formada təqdim edilməlidir ki, bu işlə məhz sözügedən peşə üzrə mütəxəssislər məşğul olurlar. 2020-ci ilə bu peşəyə olan tələbat üzrə artım tempi 22% təşkil edəcək.

3. Layihə meneceri

Layihə menecerləri İT şirkətlərdə əvəzolunmaz rol oynayırlar. Onlar işlərin plana uyğun olaraq vaxtında yerinə yetirilməsinə nəzarət edirlər. Hesablamalara görə, 2020-ci ilədək Kanadada təxminən 582 min, Almaniyada 1.6 milyon, Yaponiyada 2.6 milyon, Hindistanda 9 milyon və Çində 25 milyon yeni layihə istifadəyə veriləcək.

4. Analitik

Gələcəkdə informasiya daha mühüm rol oynayacaq. İndi informasiya dövrü yalnız yenicə başlanıb və 2020-ci il və gələcək illərdə daha da inkişaf edəcək. Şirkətlər öz müştəriləri və rəqibləri haqda daha çox informasiya əldə etmək üçün yeni və innovativ üsullar axtarırlar. Böyük məlumatların təhlili ilə məşğul olan mütəxəssislərə artan tələbatı da qeyd etmək lazımdır. Bir çox şirkətlər tərəfindən böyük həcmli informasiyanın təhlil və strukturlaşdırılmasına ehtiyac olduğundan bu peşəyə yüksək tələbat var.

5. Proqramatik reklamla məşğul olan mobil marketoloq

Dünyada proqramatik reklam texnologiyası reklam vasitələrinin alınması prosesinin sadələşdirilməsi standartına çevrilir. Hesab edilir ki, bu tip reklama sərf olunan xərclər artacaq ki, bu da müvafiq mütəxəssislərə tələbatın artması deməkdir.