"Nar" məhdud fiziki imkanlı insanların məşğulluq probleminin həllinə yönəldilmiş layihəyə dəstək oldu » Memur.az

"Nar" məhdud fiziki imkanlı insanların məşğulluq probleminin həllinə yönəldilmiş layihəyə dəstək oldu

"Nar" məhdud fiziki imkanlı insanların məşğulluq probleminin həllinə yönəldilmiş layihəyə dəstək oldu

"Nar" məhdud fiziki imkanlı insanlar üçün məsafədən, ştatdankənar (Freelancing) iş servisinin yaradılmasına dəstək verməklə daha bir əhəmiyyətli sosial layihəyə start verdi. Əlillər üçün sərbəst iş imkanları xidmətini təmin edən DisabledFreelance.com internet saytı onların işlə təmin olunması probleminin həlli baxımından əhəmiyyətli addım sayılacaq bir layihədir.

Əlillərin işsizlik probleminin həllinə yönəldilmiş layihənin iş prinsipi fiziki aktivlik tələb edən işlərdə çalışmaq imkanından məhrum olmuş əlillərin öz mənzillərini tərk etmədən DisabledFreelance.com servisi vasitəsilə məsafədən "sərbəst işçi" (Freelancer) qismində çalışa bilmələrindən ibarətdir. Sərbəst iş xidmətində calışan əlillər həm fərdi şəxslərin, həm də ən müxtəlif kommersiya strukturlarının və təşkilatların sifarişlərini yerinə yetirə bilərlər. Layihə sayəsində minlərlə əlilin işlə təmin edilməsinə dəstək olaraq onların sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olmaq mümkündür.

Korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalan "Nar" bu beynəlxalq layihəyə dəstək verməklə daha bir xeyriyyə təşəbbüsü ilə çıxış etdi. DisabledFreelance.com layihəsinin tərəfdaşı olan "Nar" artıq bir neçə ildir ki, bənzər layihələri dəstəkləməklə əlillərin, fiziki imkanları məhdud olan vətəndaşların işlə təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bundan öncə fiziki imkanları məhdud insanlar üçün xüsusi olaraq hazırlanmış kompüterdən istifadə video-kurslarını təqdim edən mobil operator nitq və eşitmə qabiliyyəti məhdud şəxslərin cəmiyyətə qazandırılması istiqamətində müxtəlif addımlar atmışdı.

"Nar" korporativ sosial məsuliyyət strategiyası haqqında ətraflı məlumatı www.nar.az saytından öyrənə bilərsiniz.