Şübhəli şəxsləri məlum etmək asanlaşdı » Memur.az

Şübhəli şəxsləri məlum etmək asanlaşdı

Şübhəli şəxsləri məlum etmək asanlaşdı

Güc strukturları tərəfindən sifətin tanınması texnologiyasından istifadə artır. Şəkil və videosiqnal skan edilərək insan sifətinin cizgiləri fərqləndirilir və bundan sonra məlumat bazasındakı nümunələrlə tutuşdurulur. Tokio şəhərinin polis departamentinin mütəxəssisləri cari ilin aprelindən etibarən həbs edilmiş şübhəli şəxslərin "3D" şəkillərini hazırlayacaq.

Memur.az ictnews.az-a istinadən xəbər verir ki, belə təşəbbüsün əhəmiyyəti ondan ibarətdir ki, tutumlu şəkil müşahidə kameraları tərəfindən çəkilmiş görüntülərdə cinayətkarı daha sürətli və effektiv tanımağa imkan verəcək. Bu halda insanın sifətini qismən örtən obyektlər onun tanınmasına mane olmayacaq. "3D" kameralar bütün region üzrə "102" polis bölməsində qurulacaq və çəkilmiş sifət cizgiləri mərkəzi polis departamentinin məlumat bazasında saxlanılacaq.