Nazirlikdə yeni qurum yaradıldı » Memur.az

Nazirlikdə yeni qurum yaradıldı

Nazirlikdə yeni qurum yaradıldı

Nazirlər Kabineti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Elektron Hökumət Təlim-Tədris Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində payları dövlətə məxsus, özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən "Elektron Hökumət Təlim-Tədris Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə "Elektron Hökumət Təlim-Tədris Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetmə orqanının yaradılmasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin etmək tapşırılıb. Əmlak Məsələləri Dövlət Komitəsi isə "Elektron Hökumət Təlim-Tədris Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etməlidir.