5 ABŞ dolları məbləğində mikrokompüter nümayiş etdirilib » Memur.az

5 ABŞ dolları məbləğində mikrokompüter nümayiş etdirilib

5 ABŞ dolları məbləğində mikrokompüter nümayiş etdirilib

Ucuz mikrokompüterlərin yaradılması ilə məşğul olan «Raspberry Pi Foundation» təşkilatı «Raspberry Pi Zero» adlı yeni modelini nümayiş etdirib. İstehsalçılar bu modelin dəyərini 5 ABŞ dolları məbləğində qiymətləndiriblər.



«Memur.az» Elektron Xəbər Xidməti «hitech.newsru.com» saytına istinadən yazır ki, «Raspberry Pi Zero» modeli 1 QHs takt tezlikli «ARM11 core» prosessoru ilə təchiz edilib. Əməli yaddaşın tutumu 512 MB təşkil edir, həmçinin «microSD» formatında yaddaş kartları üçün slot, enerjidoldurulması və periferiya avadanlığının qoşulması üçün 2 ədəd «microUSB» konnektoru, «mini-HDMI» konnektoru quraşdırılıb. Cihazın ölçüsü 65 x 30 x 5 mm-dir.


Bu mikrokompüter «Raspbian» adlı Linux distributivi əsasında işləyir və «Raspberry Pi»nin başqa modelləri üçün hazırlanmış proqramların əksəriyyətini dəstəkləyir.