“Wi-Fi” divarın arxasından insanı görməyə imkan verir - VİDEO » Memur.az

“Wi-Fi” divarın arxasından insanı görməyə imkan verir - VİDEO

“Wi-Fi” divarın arxasından insanı görməyə imkan verir - VİDEO


Görüntüdə həmin insanların ancaq siluetləri canlanacaq.

“Wi-Fi” dalğaları ilə qonşu mənzildə olan insanların hərəkətlərini fasiləsiz izləmək mümkün olacaq. Belə bir cihazı ABŞ-ın Massaçuset Universitetinin tədqiqatçıları hazırlayıblar. Cihaz xilasedicilər və polislərə işlərində böyük üstünlüklər verəcək.

“Wi-Fi” siqnalları ilə qonşu otaqda ya da mənzildə olan şəxsləri görmək və onların hərəkətlərini izləmək mümkün olacaq. Bu Amerika Birləşmiş Ştatların Massaçuset Texnologiya İnstitunun tədqiqatçılarının hazırladığı yeni sistemlə artıq mümkündür. Ancaq bu hər kəsin düşündüyü kimi açıq görüntü olmayacaq. Yəni görüntüdə həmin insanların ancaq siluetləri canlanacaq.

“Wi-Fi” siqnalları daha çox hüquq-mühafizə və xilasetmə orqanlarının işini asanlaşdıracaq. Yeni sistemin tətbiqi ilə çoxlu sayda insanın həyatını xilas etmək mümkün olacaq. RF-Capture adlı qurğu vasitəsilə mane arxasındakı insanın fiqurunu və bədən hərəkətlərini 90 faiz dəqiqliklə tanımağa və onları bir-birindən fərqləndirməyə imkan verəcək. Ancaq qurğu hələ ki, sınaq mərhələsindədir. xəzərxəbər