"Azercell" 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak etdi » Memur.az

"Azercell" 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak etdi

"Azercell" 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak etdi

Hər il ölkəmizdə keçirilən əmək yarmarkalarında və sərgilərdə fəal iştirak edən "Azercell" bu dəfə də ənənəsinə sadiq qalıb.

Memur.az xəbər verir ki, şirkət 9-11 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisinə qatılıb.

Sərgidə "Azercell"in ayrıca stendi nümayiş etdirilib. Şirkətin nümayəndələri ilk növbədə mövcud olan Tələbə Proqramları haqqında ətraflı məlumat ilə paylaşıb və eyni zamanda "Azercell"də işə qəbul olunmaq arzusunda olanların bütün suallarını cavablandırıblar. "Azercell"də karyera qurmaq istəyində olan gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılıb.

Qeyd edək ki, "Azercell Telekom" daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq "Azercell"in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, "Azercell"in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz "Azercell"dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda, "Azercell"in həyata keçirildiyi Sosial Layihələrin böyük bir qismi də təhsillə bağlıdır.

Məlumat üçün deyək ki, oktyabrın 1-dən etibarən “Azercell Telekom” MMC Tələbə Proqramına başlayıb. Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər “Azercell” şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaqlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Eyni zamanda Noyabr ayında Bölgə Tələbə Proqramı 2015 başlaması nəzərdə tutulub. Proqram çərçivəsində, Gəncədə, Mingəçevirdə, Naxçıvanda və Lənkəranda təqdimatlar keçirilicək və tələbələrə bu proqramda iştirak etmək şansı veriləcək. Proqramda Ali təhsil ocaqlarının bakalavr pilləsinin son iki kursunda təhsil alan və yaxşı qiymətləri olan tələbələr müraciət edə biləcək.

"Azercell" şirkəti bundan sonra da istedadlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini göstərməkdə davam edəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

"Azercell Telekom MMC" 1996-cı ildə təsis edilib və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən "Azercell Ekspres" ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan "Azercell"in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna "Azercell" abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil edib. 2011-ci ildə "Azercell" 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim edib. "Azercell" Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. "Azercell" dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan "TeliaSonera" şirkətlər qrupunun bir hissəsidir.