Çin 18 qütb orbitli rabitə peykini uğurla işə salıb
texnologiya
12-03-2025, 10:33
25

“Report” xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, CZ-8 (“Çançjen-8”) raketinin buraxılışı Pekin vaxtı ilə saat 00:38-də (Bakı vaxtı ilə saat 20:38) Vençan kosmodromunun kommersiya sahəsindən (Çinin cənubunda yerləşən Haynan əyaləti) həyata keçirilib. Bu, (“Çançjen” seriyalı daşıyıcıların 563-cü buraxılışıdır.
Missiyanın düzgün işləməsi Çindəki kommersiya layihələrinə də nəzarət edən Milli Kosmik İdarəsi tərəfindən təmin edilib. Bu dəfə G60 kosmik gəmisinin beşinci qrupu buraxılıb. Bu peyklər “Shanghai Spacecom Satellite Technology” tərəfindən qurulur və idarə olunur.