Dövlət Departamenti Cənubi Koreyaya 36 ədəd “Apache” helikopterinin satışını təsdiqləyib
texnologiya
20-08-2024, 09:43
76
ABŞ Dövlət Departamenti Koreya Respublikasına ümumilikdə 3,5 milyard dollar dəyərində 36 ədəd “Apache AH-64E” hücum helikopterinin satışını təsdiqləyib.
"Report"un məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
"Dövlət Departamenti “AH-64E Apache” helikopterlərinin, əlaqəli logistika və dəstək proqramı elementlərinin Korya Respublikasına 3,5 milyard dollar məbləğində potensial satışını təsdiqləməyə qərar verdi", - qurumun açıqlamasında deyilir.
Qeyd edilir ki, Cənubi Koreya Respublikası 36 ədəd texnikanın tədarükü üçün müraciət edib.