Kamran Əliyevdən yeni TƏYİNATLAR » Memur.az

Kamran Əliyevdən yeni TƏYİNATLAR

Kamran Əliyevdən yeni TƏYİNATLARProkurorluq orqanlarında yeni təyinatlar olub.

Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Qarabağ hərbi prokuroru Şükürov Fərid Əli oğlu tutduğu vəzifədən azad edilərək, Bakı şəhər hərbi prokuroru vəzifəsinə təyinat alıb.

Baş prokurorun digər əmri ilə Fərid Şükürovun yerinə isə Qarabağ hərbi prokuror vəzifəsinə Surxay Hüseynov təyin edilib.

Faktı Oxu.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiq ediblər.