Baş prokurordan yeni TƏYİNATLAR » Memur.az

Baş prokurordan yeni TƏYİNATLAR

Baş prokurordan yeni TƏYİNATLARBakının daha iki rayonuna yeni prokuror təyin olunub. 

APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad olunaraq, Suraxanı rayon prokuroru vəzifəsinə təyin edilib.

Bundan başqa Qax rayon prokuroru Hidayət Nurəlibəyov tutduğu vəzifədən azad edilərək, Nərimanov rayon prokuroru vəzifəsinə təyinat alıb.