İyulun 1-dən Türkiyədə toy salonları açılır » Memur.az

İyulun 1-dən Türkiyədə toy salonları açılır

İyulun 1-dən Türkiyədə toy salonları açılırTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumətin növbəti iclası keçirilib.

İHA-nın məlumatına görə, Prezident  Ərdoğan iclasdan sonra əhaliyə müraciət edib.

Türkiyənin koronavirusla mübarizədə əldə etdiyi uğurları qeyd edən dövlət başçısı deyib ki, heç bir ölkə bu problemdən təkbaşına yaxa qurtara bilməz. 

Bildirilib ki, yaşı 65-dən çox olan vətəndaşlar bundan sonra saat 10.00-dan 20.00-dək evdən çıxa bilərlər. Yaşı 18-dən aşağı olanlar üçün isə məhdudiyyətlər tam olaraq aradan qaldırılıb.

İyulun 1-dən etibarən toy mərasimi salonları, 15 gün sonra isə nikah yerləri fəaliyyətə başlaya biləcək. Kafe və restoranlar saat 00:00-dək çalışacaq. Kinoteatrlar da iyulun 1-dən işləyə bilərlər.