Polis Şəkidə icazəsiz hərəkət edən şəxslər barəsində qanunauyğun tədbirlər görüb » Memur.az

Polis Şəkidə icazəsiz hərəkət edən şəxslər barəsində qanunauyğun tədbirlər görüb

Polis Şəkidə icazəsiz hərəkət edən şəxslər barəsində qanunauyğun tədbirlər görübAzərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində icra olunur.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Memur.Az-a verilən məlumata görə, xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə davamlı olaraq xüsusi karantin rejiminin qaydaları sakinlərin diqqətinə çatdırılır.

Çöldə olan, həmçinin avtomobillərdə, şəhərdaxili marşrutlarda olan vətəndaşlar polis əməkdaşları tərəfindən planşetlə yoxlanılır, onlara icazə verilib-verilmədiyi müəyyənləşdirilir.

İcazəsi olmadan çölə çıxanlar barəsində isə qanunauyğun müvafiq tədbirlər görülür.

Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.