Böyük Britaniya 70 yaşdan yuxarı bütün vətəndaşlarını təcrid etməyi planlaşdırır » Memur.az

Böyük Britaniya 70 yaşdan yuxarı bütün vətəndaşlarını təcrid etməyi planlaşdırır

Böyük Britaniya 70 yaşdan yuxarı bütün vətəndaşlarını təcrid etməyi planlaşdırırBöyük Britaniyada koronavirus pandemiyası ilə bağlı 70 yaşdan yuxarı bütün vətəndaşları təcrid etməyə hazırlaşırlar.

“BBC” xəbər verir ki, bu haqda ölkənin Səhiyyə Naziri Mett Henkok bildirib.

Hökümət bu üsulla yaşlı britaniyalıları xəstəlikdən qorumaq istəyir.

Nazir bildirib ki, bu addım indi yox, müvafiq tapşırıq gələn kimi atılacaq.

“Karantin uzunmüddətli olacaq. Vətəndaşlardan evdən çıxmamaq, qida və zəruri dərmanlar ehtiyyatı saxlamaq tələb olunacaq. Simptomsuz insanlar öz yaşlı qohumlarını və yaxınlarını ziyarət edə biləcək, lakin aralarında iki metr məsafə saxlamalı olacaqlar”, - deyə məlumatda bildirilir.