Fransa nümayəndə heyəti “exit-poll”un nəticələrini açıqladı » Memur.az

Fransa nümayəndə heyəti “exit-poll”un nəticələrini açıqladı

Fransa nümayəndə heyəti “exit-poll”un nəticələrini açıqladıFransa nümayəndə heyəti apardıqları “exit-poll”un nəticələrini açıqlayıb.

Oxu.Az-ın məlumatına görə, Fransa senatorunun xarici əlaqələr və müdafiə komitəsinin vitse-prezidenti Joel Qğelyo bildirib ki, bu gün parlament seçkilərini izləmək üçün 20 seçki məntəqəsində müşahidə aparıb. Həmçinin bir məntəqədə səslərin sayılması prosesini izləyib:

“Burada seçkilərin necə keçirilməsi və səslərin sayılması barədə çox dəqiq məlumat əldə edə bildim. Ən maraqlı cəhət seçki zamanı səs verən şəxslərin barmaqlarına rəngsiz mürəkkəbin vurulmasıdır ki, bu da bir seçicinin təkrar səs verməsinin qarşısını alır.

Səslərin sayılması çox ciddi səylə aparılırdı. Müşahidə etdiyimiz digər məntəqələrdə də qanunlara ciddi riayət olunurdu. Bir məntəqədən digərinə getməkdə çətinlik çəkmədik”.

Fransanın Bol şəhərinin meri İv Metero isə səkkiz seçki məntəqəsində müşahidə apardığını qeyd edib:

“Seçki məcəlləsi tam şəkildə və asan anlaşılabilən formada hazırlanmışdı. Bütün namizədlər ondan asanlıqla yararlana bilərlər. Həm mərkəzi seçki, həm regional, həm də yerli səviyyələrdə seçki proseslərinə və komissiyalara nəzarət üzrə məsul şəxslə görüşümüz də təşkil olunmuşdu”.