Rusiya və NATO generalları Bakıda görüşdü » Memur.az

Rusiya və NATO generalları Bakıda görüşdü

Rusiya və NATO generalları Bakıda görüşdüBakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters görüşüb.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşün mövzusu böhranlı regionlardakı vəziyyət və strateji sabitlik olub.

Həmçinin, generallar arasında hərbi fəaliyyət zamanı baş verə biləcək insidentlərin hərbçilərin xətti ilə qarşısının alınması üçün addımlar müzakirə edilib.