Çindən gələn qatardan bütün sərnişinlər çıxarıldı » Memur.az

Çindən gələn qatardan bütün sərnişinlər çıxarıldı

Çindən gələn qatardan bütün sərnişinlər çıxarıldıÇin sərhədçiləri Pekin-Moskva qatarından bütün sərnişinləri çıxarıb.

Mk.ru-nun xəbərinə görə, Çin hərbçiləri bunu koronavirusun yayılmasının qarşısını almaq üçün edib.

Qatarda olan 163 Çin vətəndaşı çıxarılıb və qatar Moskvaya boş vəziyyətdə yola salınıb.

Rusiya vətəndaşlığı olan çınlilərin sərhədi keçmək hüququnun olduğu və onlar üçün Rusiya sərhədində karantin ərazi ayrıldığı bildirilib.

Qeyd edək ki, Rusiya koronavirusla əlaqədar olaraq bu gündən Çinlə dəmir yolu əlaqəsini tamamilə kəsib.