ABŞ ordusunu Suriyadan çıxarır » Memur.az

ABŞ ordusunu Suriyadan çıxarır

ABŞ ordusunu Suriyadan çıxarırABŞ minə qədər hərbçisini Suriyadan çıxarmağa başlayıb.

TASS xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Mark Esper CBS telekanalına müsahibəsində deyib.

O bildirib ki, Türkiyə əməliyyatları cənub və qərb istiqamətində genişləndirmək niyyətindədir. Buna görə də, ABŞ Prezidenti Donald Tramp qoşunları Suriyanın şimalından çıxarmaqla bağlı qərar verib.

ABŞ-ın hərbi qüvvələrinə hücum olarsa, cavab atəşinə icazə verilib-verilməməsi ilə bağlı suala Esper belə cavab verib: Onların özünümüdafiə hüququ var və lazım olduqda bundan istifadə edəcəklər.

Qeyd edək ki, Türkiyə ordusu və müxalif Suriya Milli Ordusu oktyabrın 9-da Suriyanın şimalında YPG/PKK terrorçularına qarış “Barış çeşməsi” əməliyyatına başlayıb. İndiyədək 42 kənd terrorçulardan azad edilib.