Almaniyada bomba həyacanı: 15 min adam evakuasiya olundu » Memur.az

Almaniyada bomba həyacanı: 15 min adam evakuasiya olundu

Almaniyada bomba həyacanı: 15 min adam evakuasiya olunduAlmaniyanın Hannover şəhərində II Dünya Müharibəsi zamanından qalma bomba həyacan yaradıb.

TASS xəbər verir ki, bu barədə şəhər administrasiyasının saytı məlumat yayıb.

Bildirilib ki, inşaat sahəsindən tapılmış ağırlığı 500 kq olan bombanın zərərsizləşdirilməsi zamanı 15 min insan öz evlərindən evakuasiya olunub.

Onlar yalnız gecə yarıdan sonra evlərinə qayıda biləcəklər.

Qeyd edək ki, təxmini hesablamalara görə, II Dünya Müharibəsi dövründə Hitler Almaniyasına iki milyondan çox müxtəlif kalibrli bombalar atıblar. Onlardan 10-20%-i partlamayıb.

Mütəmadi olaraq yol çəkilişləri və ya yeni binaların təməlatması zamanı onlara rast gəlinsə də, insan həyatı üçün heç bir təhlükə yaratmayıblar. Evakuasiya isə sığorta məqsədlidir.