Azərbaycanlı teleaparıcı Rusiyada mükafat aldı » Memur.az

Azərbaycanlı teleaparıcı Rusiyada mükafat aldı

Azərbaycanlı teleaparıcı Rusiyada mükafat aldıƏslən azərbaycanlı olan rusiyalı telejurnalist Nailə Əsgər-zadə TEFİ mükafatına layiq görülüb.

Oxu.Az xəbər verir ki, həmyerlimizə mükafat “Ən yaxşı müsahibə götürən” nominasiyasında verilib.

Qeyd edək ki, N. Əsgər-zadə “Rossiya 1” telekanalında yayımlanan “Deystvuyuşiye litsa s Nailey Asker-zade” verilişinin aparıcısıdır. Verilişin formatına əsasən, teleaparıcı ölkənin tanınmış siyasətçiləri və ictimai xadimləri ilə müxtəlif mövzularda müsahibələr edir.

TEFİ Rusiyada televiziya sahəsində yüksək nailiyyətlərə görə verilən milli mükafatdır.Azərbaycanlı teleaparıcı Rusiyada mükafat aldı