Rusiya Federasiyası Ali Məhkəməsinin sədri ilə məhsuldar ikitərəfli görüş keçirildi » Memur.az

Rusiya Federasiyası Ali Məhkəməsinin sədri ilə məhsuldar ikitərəfli görüş keçirildi

Rusiya Federasiyası Ali Məhkəməsinin sədri ilə məhsuldar ikitərəfli görüş keçirildi Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, hakim Ramin Qaraqurbanlı (Ramin Qurbanov) ilə Rusiya Federasiyası Ali Məhkəməsinin sədri Vyaçeslav Mixayloviç Lebedev arasında ikitərəfli görüş baş tutub.

Görüşdə tərəflər ədliyyənin səmərəliliyini, pandemiya dövründə ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətlərini və Rusiya Federasiyası Ali Məhkəməsi ilə Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.