Ceyhun Bayramov: “Azərbaycan - Bosniya və Herseqovina iqtisadi əlaqələri ürəkaçan deyil” » Memur.az

Ceyhun Bayramov: “Azərbaycan - Bosniya və Herseqovina iqtisadi əlaqələri ürəkaçan deyil”

Ceyhun Bayramov: “Azərbaycan - Bosniya və Herseqovina iqtisadi əlaqələri ürəkaçan deyil”“Azərbaycan-Bosniya və Herseqovina arasındakı münasibətlər, siyasi dialoq çox yüksək səviyyədə inkişaf edir”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovinanın XİN başçısı Bisera Turkoviçlə keçirdiyi mətbuat konfransında deyib.Nazir bildirib ki, yaxın zamanlarda hər iki ölkədə səfirlər fəaliyyətə başlayacaq.

“Biz həmçinin razılığa gəldik ki, iki ölkənin xarici işlər nazirlikləri siyasi məsləhətləşmələr keçirsin”, - deyə o əlavə edib.

Nazir bildirib ki, iki ölkə arasındakı iqtisadi əlaqələrin səviyyəsi ürəkaçan deyil:

“Biz bu əlaqələrin inkişaf etdirilməsi üçün razılığa gəlmişik”.

Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi 2021-ci ilin iyun ayında təsis edilib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Bosniya və Herseqovina Respublikasının iqamətgahı Ankarada olmaqla Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri fəaliyyət göstərir.