Bu gün İran XİN başçısı Azərbaycana gəlir » Memur.az

Bu gün İran XİN başçısı Azərbaycana gəlir

Bu gün İran XİN başçısı Azərbaycana gəlirBu gün İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdollahian Azərbaycana gəlir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı ilə birgə mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransı saat 19:00-dan sonra Azərbaycan XİN-də keçiriləcək.