Parlamentdə bir dəqiqəlik sükut elan edildi » Memur.az

Parlamentdə bir dəqiqəlik sükut elan edildi

Parlamentdə bir dəqiqəlik sükut elan edildiMilli Məclisin bu gün keçirilən plenar iclasında helikopter qəzası zamanı şəhid olan hərbi qulluqçularımızın xatirəsi anılıb.

Oxu.Az-ın məlumatına əsasən, Milli Məclisin sədri Sahibə Qafarova şəhid hərbçilərimizə Allahdan rəhmət, yaralı hərbi qulluqçularımıza isə şəfa diləyib.

Şəhid hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, noyabrın 30-u saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin heyəti arasında 14 nəfər şəhid olub, 2 nəfər isə yaralanıb.