Bayden - Putin danışıqlarının əsas mövzusu açıqlandı » Memur.az

Bayden - Putin danışıqlarının əsas mövzusu açıqlandı

Bayden - Putin danışıqlarının əsas mövzusu açıqlandıABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasındakı mümkün danışıqlar zamanı əsas müzakirə mövzuları məlum olub.

Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, iki lider söhbət zamanı başlıca olaraq Ukrayna və NATO, xüsusən də alyansın Rusiya sərhədləri yaxınlığındakı fəaliyyəti ətrafında fikir mübadiləsi aparacaq.

Peskov prezidentlər arasındakı təmasların müddəti barədə dəqiq tarix bildirməyib. O, danışıqların bu ilin sonunadək baş tuta biləcəyini istisna etməyib.

Mənbə: “RİA Novosti”