Braziliyalı deputat Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərdə olub » Memur.az

Braziliyalı deputat Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərdə olub

Braziliyalı deputat Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərdə olubBraziliyalı millət vəkili, Milli Konqresin Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya Gəncə şəhərində səfərdədir.

Oxu.Az xəbər verir ki, deputat Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkib.

Qonaq erməni terroru nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüb. Ona hadisə barədə məlumat verilib.