BMT nümayəndəsi: “Məqsəd Azərbaycanda dayanıqlı inkişafı təmin etməkdir” » Memur.az

BMT nümayəndəsi: “Məqsəd Azərbaycanda dayanıqlı inkişafı təmin etməkdir”

BMT nümayəndəsi: “Məqsəd Azərbaycanda dayanıqlı inkişafı təmin etməkdir”“Pandemiya bütün dünyada dayanıqlı inkişafa mənfi təsir etdi. Biz post-COVID dövründə səylərimizi birləşdirməliyik”.

Oxu.Az-ın məlumatına görə, bunu BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin rəhbəri Alessandro Frakassetti “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu gün əsas məqsədlərdən biri Azərbaycanda dayanıqlı inkişafı təmin etməkdir:

“2020-ci il koronavirus pandemiyası və müharibə Azərbaycanda iqtisadiyyatın bütün sahələrinə mənfi təsir etdi”.

O qeyd edib ki, Azərbaycanda hökumət iqtisadiyyatın ənənəvi sahələrini gücləndirmək, yaşıl iqtisadiyyat üçün mühüm addımlar atılıb:

“Yaşıl artım üçün Azərbaycanda inanılmaz fürsət yaranıb. Vahid, milli maliyyələşmə layihəsi çərçivəsi xüsusi bir mexanizm olacaq ki, dayanıqlı inkişaf təmin edilsin. Biz qlobal strateji tərəfdaş olaraq, BMT, Avropa İttifaqı, Dünya Bankı da bu layihələrə veriblər”.