Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb » Memur.az

Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb

Zakir Həsənov türkiyəli həmkarı ilə görüşübAzərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, görüş Gürcüstanın Kaxeti bölgəsində üç ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan) müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində baş tutub.

Görüşdə müdafiə sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı və regionda təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.