Azərbaycanda neçə Milli Qəhrəman prezident təqaüdü alır? - RƏSMİ » Memur.az

Azərbaycanda neçə Milli Qəhrəman prezident təqaüdü alır? - RƏSMİ

Azərbaycanda neçə Milli Qəhrəman prezident təqaüdü alır? - RƏSMİ

Bu il iyulun 1-nə olan məlumata görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 177 nəfər Azərbaycanın Milli Qəhrəmanı və ya onların ailə üzvləri Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Milli Qəhrəmanlarımızdan 16 nəfərinin şəxsən özünə, digərlərinin isə həlak olduqları üçün ailə üzvlərinə prezident təqaüdü ödənilir.

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərə və onların ailə üzvlərinə Azərbaycan Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanına əsasən, həmin ilin avqustun 1-dən prezident təqaüdünün təyin olunmasına başlanılıb.

Dövlət başçısının 28 avqust 2013-cü il tarixli 954 nömrəli fərmanı ilə Milli Qəhrəmanların və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ödənilən prezident təqaüdünün aylıq məbləği 2013-cü il sentyabrın 1-dən 66,7 faiz artırılaraq 1000 manat müəyyən edilib.