Hikmət Hacıyev yenidən İran səfiri ilə görüşdü » Memur.az

Hikmət Hacıyev yenidən İran səfiri ilə görüşdü

Hikmət Hacıyev yenidən İran səfiri ilə görüşdüAzərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə yenidən görüşüb.

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi görüşlə bağlı “Twitter” səhifəsində paylaşım edib:

“Bu həftə ərzində ikinci dəfə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşmək imkanım oldu. Səmimi müzakirələr zamanı yaxşı münasibətlərimizin cari vəziyyətini və gələcəyini, həmçinin maraq kəsb edən digər məsələləri müzakirə etdik”, - səfirin paylaşımında deyilir.

Qeyd edək ki, H.Hacıyev sentyabrın 13-də də İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşmüşdü.

For the second time this week, I had another chance to meet H.E. @HikmetHajiyev, the Assistant to the President of the Republic of Azerbaijan. During our cordial discussions, we reviewed the current situation and the future of our good relations and other issues of interest.

— S.A. MOUSAVI (@SAMOUSAVI9) September 15, 2021