Azərbaycan diaspor üzvləri Tatarıstanın inkişafındakı xidmətlərinə görə mükafatlandırılıblar » Memur.az

Azərbaycan diaspor üzvləri Tatarıstanın inkişafındakı xidmətlərinə görə mükafatlandırılıblar

Azərbaycan diaspor üzvləri Tatarıstanın inkişafındakı xidmətlərinə görə mükafatlandırılıblar Rusiya Federasiyasının Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Təşkilatının rəhbəri Ramiz Məmmədov və xanımı İlhamə Cəmilova “Sevgi və sədaqətə görə” medalı ilə təltif edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Tatarıstanın Respublika Günü münasibətilə təşkil olunmuş bayram tədbirində çıxış edən Leninoqorsk bələdiyyəsinin rəhbəri, şəhərin meri Ryaqat Hüsainov bildirib ki, şəhərin ictimai həyatında fəallıq göstərən, 25 il bir yerdə yaşayıb layiqli övladlar yetişdirən, Tatarıstanın inkişafına xidmətlər göstərən ailələr “Sevgi və sədaqətə görə” medalına layiq görülüblər.

Mer 31 il əl-ələ verərək Azərbaycan dilini, tarixini, mədəniyyətini və ənənələrini qoruyub gənc nəslə ötürən, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan Məmmədovlar ailəsinə - Ramiz Məmmədov və xanımı İlhamə Cəmilovaya medalı təqdim edib.