Türkiyənin Bakıdakı Səfirliyi Azərbaycan xalqını təbrik edib » Memur.az

Türkiyənin Bakıdakı Səfirliyi Azərbaycan xalqını təbrik edib

Türkiyənin Bakıdakı Səfirliyi Azərbaycan xalqını təbrik edibTürkiyənin Bakıdakı Səfirliyi Azərbaycan xalqını 28 May - Respublika günü münasibətilə təbrik edib.

Səfirliyin “Twitter” səhifəsində paylaşılan təbrikdə deyilir:“Bir kərə yüksələn bayraq, bir daha enməz!” - M.Ə.Rəsulzadə. Dost və qardaş Azərbaycan xalqını tarixinin ən önəmli günlərindən biri olan 28 May - Respublika günü münasibətilə təbrik edir, dövlət müstəqilliyi və suverenliyinin əbədi olmasını arzu edirik”.