Azərbaycanda vəzifəli şəxs işdən azad edildi » Memur.az

Azərbaycanda vəzifəli şəxs işdən azad edildi

Azərbaycanda vəzifəli şəxs işdən azad edildiMilli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov vəzifəsindən azad edilib.

Memur.Az-ın məlumatına əsasən, onun vəzifəsindən azad olunmasına səbəb Ali Məhkəməyə hakim təyin edilməsidir.

Onun Milli Məclisdəki vəzifəsinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, Milli Məclisin mayın 21-də keçirilən iclasında Ali Məhkəməyə səkkiz hakim təyin olunub, onlardan biri də S.Kərimovdur.