Deputat Milli Məclisin xüsusi iclasının keçirilməsini təklif etdi » Memur.az

Deputat Milli Məclisin xüsusi iclasının keçirilməsini təklif etdi

Deputat Milli Məclisin xüsusi iclasının keçirilməsini təklif etdiMilli Məclisin iclasında deputat Fəzail Ağamalı parlamentin xüsusi iclasının çağırılmasını təklif edib.

Oxu.Az-ın məlumatın görə, F.Ağamalı deyib ki, iclas bəzi dövlətlərin Azərbaycana qarşı qərəzli mövqeyi müzakirə edilməlidir.

“Bu gün Fransa ağını çıxarır. Başqa dövlətlərdən də bunu görürük”, - deyə F.Ağamalı əlavə edib.

Millət vəkili qeyd edib ki, bu kimi məsələlər parlamentin xüsusi iclasında müzakirə olunmalıdır.

O, Milli Məclisin qətnamə qəbul etməsinin vacibliyini də vurğulayıb.